Ankara, 28 fevral, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi azərbaycanlı həmkarı Vilayət Eyvazov ilə telefon danışığı aparıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə paylaşdığı məlumata görə, tərəflər iki qardaş ölkə arasında hüquq-müdafiə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara