Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
APA-nın Moskva bürosu xəbər verir ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Abbas Əraqçi İran rəhbərliyinin ABŞ və İsrailin təcavüzünü dəf etmək üçün atdığı addımlar barədə məlumat verib.
O bildirilib ki, bu hücum İranın nüvə proqramına dair sülh yolu ilə həll üçün danışıqları bir daha pozub.
Əraqçı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmaq planlarını açıqlayıb.
Sergey Lavrov isə ABŞ və İsrailin İrana qarşı beynəlxalq hüququn prinsip və normalarını pozan və regional və qlobal sabitlik və təhlükəsizlik üçün ağır nəticələri tamamilə nəzərə almayan səbəbsiz silahlı hücumunu pisləyib.
Rusiya XİN başçısı İslam Respublikasına qarşı hücumların dərhal dayandırılmasının və vəziyyəti siyasi və diplomatik həll yoluna qaytarmağın vacibliyini vurğulayıb.
Sergey Lavrov Rusiyanın, o cümlədən BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və maraqlar balansına əsaslanan sülh yolu ilə həll yollarının axtarışını asanlaşdırmağa hazır olduğunu qeyd edib.