Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ ordusu Suriyanın şimal-şərqindəki Haseke vilayətində yerləşən Harab əl-Cir bazasından çəkilməyə başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, ABŞ qüvvələri Hasekenin Rümeylan bölgəsində yerləşən Harab əl-Cir bazasındakı çox sayda əsgərini və hərbi elementini İraqa doğru sövq edib.
Bazada simvolik sayda əsgərin qaldığı, bu hərbçilərin isə çəkilmə prosesi tamamlanana qədər yol təhlükəsizliyi və ətrafdakı keçid məntəqələrinin nəzarətini təmin etmək məqsədilə bölgədə olduğu bildirilib.
Mənbələr ABŞ ordusunun tələbi ilə YPG qüvvələrinin bazaya daxil olduğunu, bazadakı hərbi texnikanın bir hissəsinin isə Rümeylan bölgəsinə daşındığını qeyd ediblər.
Hazırda Harab əl-Cir bazasında az sayda ABŞ əsgərinin olduğu, Hasekenin Malikiye rayonunda isə Roj düşərgəsi və ətrafındakı təhlükəsizlik vəziyyətini izləyən bir təhlükəsizlik ofisinin fəaliyyətini davam etdirdiyi bildirilib.
Həmçinin Hasekenin Kasrek bölgəsindəki bazada da məhdud sayda ABŞ hərbçisinin olduğu, Fransız təhlükəsizlik missiyasına bağlı qüvvələrin isə bölgədəki mövcudluğunu qoruduğu qeyd edilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.