AZ

"Çelsi" ulduz futbolçuları ilə sağollaşmalı olmayacaq

style='margin-bottom:10px;'>

"Çelsi" ötən mövsümü rekord məbləğdə zərərlə başa vurmasına baxmayaraq, Koul Palmer də daxil olmaqla əsas ulduzlarını satmağı planlaşdırmır.

QOL.az xəbər verir ki, "Evening Standard" nəşrinin yaydığı məlumata görə, UEFA-nın bu həftə açıqladığı hesabatda "Çelsi"nin 2024/25 mövsümünə 342 milyon funt sterlinq zərərlə yekun vurduğu bəlli olub.

Bu göstərici İngiltərə futbol tarixində bir klubun bir mövsüm ərzində qeydə aldığı ən böyük maliyyə itkisi kimi tarixə düşüb.

Buna baxmayaraq, “zadəganlar” maliyyə feyr-pley qaydalarının pozulmasına görə ciddi cəza ilə üzləşəcəklərindən narahat deyillər. Çünki London təmsilçisi daha əvvəl maliyyə sabitliyinin bərpası istiqamətində UEFA ilə xüsusi razılaşma əldə edib.

Klub rəhbərliyi yaranmış kəsiri kompensasiya etmək üçün ulduz futbolçuların satışına ehtiyac qalmayacağına əmindir. Hazırda "Stmford Bric" təmsilçisi maaş büdcəsinin azaldılması və kommersiya fəaliyyətindən gələn gəlirlərin artırılması üzərində işləyir.

Seçilən
207
50
teleqraf.com

10Mənbələr