AZ

BƏƏ dən İrana xəbərdarlıq: Ağır nəticələri olacaq!

Axar.az saytına istinadən ain.az xəbər verir.

İranın BƏƏ ərazisinə hücumları davam edəcəyi təqdirdə, bunun ağır nəticələri olacaq.

Axar.az “Əl Cəzirə“ telekanalına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi bəyanat yayıb.

XİN Körfəz ölkələrinə istənilən hücumun bütün regionda stabillik və təhlükəsizliyə hücum olduğunu bəyan edib.

Bəyanatda tərəflər diplomatik həll yoluna dəvət edilib.

Xatırladaq ki, daha əvvəl İran ballistik raketlərlə BƏƏ-dəki Əl-Cəfrə aviabazasına zərbələr endirib.

Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
axar.az

2Mənbələr