AZ

İranın cavab tədbirləri nəticəsində xeyli sayda italiyalı hərbçi yaralandı

İranın atdığı raketlərdən biri Küveytdəki NATO bazasına düşərək, ciddi ziyan vurub.

Publika.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Yerli medianın məlumatına görə, hadisə zamanı təxminən 20 italiyalı hərbçi yaralanıb.

Xatırladaq ki, İsrail səhər saatlarından başlayaraq İranın şəhərlərini vurmağa başlayıb. Xarici KİV İran prezidentinin iqamətgahı, nazirliklərin binaları və kəşfiyyat qərargahı da daxil olmaqla xeyli sayda hədəfə zərbə endirildiyini yazıb. İran mediası və sosial şəbəkələrdə isə partlayışlara dair videolar yayılır. Qeyd edilir ki, sosial obyektlər, məktəblər də hədəf alınıb.

Seçilən
12
publika.az

1Mənbələr