AZ

Vernidub Şamaxıda xal itirdikləri oyundan nə danışdı?

Misli Premyer Liqasının 22-ci turu çərçivəsində bu gün səfərdə "Şamaxı" ilə 2:2 hesablı heç-heçəyə razılaşan "Neftçi"nin baş məşqçisi Yuri Vernidub oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis belə danışıb:

"Oyundakı idarəçiliyə şərh vermək istəmirəm. Qoy müvafiq komitə baxıb görsün, qiymət versin. Hakimliklə bağlı problemlər hər yerdə var. Heç nəyə baxmayaraq yolumuza davam edəcəyik. Hakim səhvlərinə görə əlimizi yanımıza salan deyilik. 
Xal itkisinə baxmayaraq, mən yetirmələrimdən razıyam. Üzrlü hesab edin, əleyhimizə hakim qərarları ilə bağlı geniş danışmayacağam". 

Seçilən
1
2
fanat.az

3Mənbələr