ain.az, Bizimyol saytına istinadən bildirir.
ABŞ-ın İrana hücumları zamanı sursatdan aktiv istifadə etməsi Amerikanın Ukraynaya silah təchizatına mənfi təsir göstərə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat verib.
Nəşr qeyd edir ki, ötən il Tehrana qarşı keçirilən hərbi əməliyyat zamanı ABŞ və İsrail İran tərəfindən buraxılan raketləri və PUA-ları zərərsizləşdirmək üçün görünməmiş sayda tutucu raket sərf ediblər.
Məqaləyə görə, həmin vaxt təxminən 150 THAAD raketdən müdafiə sursatı xərclənib, sistem 2010-cu ildə istifadəyə verildikdən bəri isə ümumilikdə 650 tutucu raket sifariş edilib.
Qəzet qeyd edir ki, əvvəlki hallarda, məsələn, 2024-cü ilin aprelində Britaniya və Fransa qüvvələri İsraili İran dronlarından və ballistik raketlərindən müdafiə etməkdə iştirak etsə də, heç bir beynəlxalq koalisiya yaradılmayıb.
"ABŞ ordusu hazırda İranın cavab tədbirlərinin bu həyati əhəmiyyətli sursatların tədarükünə mane ola biləcəyi ehtimalını qiymətləndirir, çünki ölkə öz ehtiyatlarını doldurmağa çalışır. Bu, təkcə Ukraynadakı müharibəyə deyil, həm də Çin və ya Rusiya ilə potensial münaqişə halında Vaşinqtonun döyüş planlarına təsir göstərəcək", - deyə "The Financial Times" qəzeti Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin (CNAS) müdafiə tədqiqatları proqramının direktoru Steysi Pettijona istinadən yazır.
Onun sözlərinə görə, əgər "İran bir neçə irimiqyaslı raket və hücum dron hücumları həyata keçirə bilsəydi", ABŞ asanlıqla "bir illik" vacib müdafiə sursatlarını tükəndirə bilərdi.
ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri hücuma məruz qalıb. Ağ Ev hücumu İrandan gələn raket və nüvə təhdidlərinə istinad edərək haqlı çıxarıb. İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı elan edib. İranın raket və dronlar buraxdığı bildirilir. "Tasnim" xəbər agentliyinin məlumatına görə, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazaları da zərbələrə məruz qalıb.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.