ABŞ və İsrail İranın cənubunda qızlar ibtidai məktəbini bombalayıb.
İran dövlət televiziyasının məlumatına görə, hücumda birbaşa Hörmüzqan əyalətinin Minab şəhərindəki Şəcərət əl-Tayyibə Qızlar İbtidai Məktəbi hədəfə alınıb.
Minab qubernatoru Məhəmməd Radmehr bildirib ki, hücumda indiyə qədər 40 məktəbli qız həyatını itirib.
Çox sayda yaralının olduğu bildirilir.
TAHİR