AZ

SEPAH generalı ABŞ ni hədələdi: Heç vaxt istifadə olunmayan ən güclü raketləri işə salacağıq

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"ABŞ bilməlidir ki, İran sonrakı hücumlarda daha güclü raketlərdən istifadə edəcək".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə yerli mediaya SEPAH generalı Sərdar Cabbari məlumat verib.

"Müharibənin əvvəlində əlimizdə olan silahlardan istifadə edəcəyik, amma gələcəkdə heç vaxt istifadə olunmayan ən güclü raketləri işə salacağıq", - deyə Cabbari bildirib.

Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
3
baku.ws

4Mənbələr