AZ

TƏCİLİ! İranda hakimiyyətin ötürülməsi üçün müvəqqəti hökumət yaradıldı

Londonda fəaliyyət göstərən “İlaf” qəzeti yazır ki, İranın Milli Müqavimət Şurası hakimiyyətin xalqa ötürülməsi məqsədilə müvəqqəti hökumət yaradıldığını elan edib. Məlumata görə, bu addım ölkədə mövcud siyasi vəziyyət fonunda keçid prosesinin təşkili məqsədi daşıyır.

NOCOMMENT.az xəbər verir ki, qeyd olunan müvəqqəti hökumətin keçid dövründə Məryəm Rəcəvinin irəli sürdüyü on bəndlik proqram əsasında fəaliyyət göstərəcəyi bildirilib. Nəşr yazır ki, proqram demokratik idarəetmə, insan hüquqları və hakimiyyətin dinc yolla ötürülməsi prinsiplərini əhatə edir.

Hazırda məlumatla bağlı rəsmi Tehran tərəfindən hər hansı açıqlama verilməyib. Regionda davam edən hərbi və siyasi gərginlik fonunda bu cür bəyanatlar ölkədə mümkün siyasi dəyişikliklərlə bağlı müzakirələri daha da intensivləşdirib.

Seçilən
11
nocomment.az

1Mənbələr