AZ

İranda qızlar məktəbində ölənlərin sayı 60-ı keçdi

İsrailin İranın cənubundakı Minab dairəsində yerləşəm qızlar üçün ibtidai məktəbə endirdiyi zərbə nəticəsində ölənlərin sayı artır.

Publika.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi öz "Telegram" kanalında məlumat yayıb.

Minab prokuroru bildirib ki, həlak olanların sayı 63-ə çatıb. Onun sözlərinə görə, ölənlərin əksəriyyəti şagirdlərdir, lakin qurbanlar arasında müəllimlər və valideynlər də var. Daha 90-dan çox insan yaralanıb.

Bundan əvvəl dairə qubernatoru 51 şagirdin öldüyü və 60 nəfərin yaralandığı barədə məlumat vermişdi.

Fevralın 28-i səhər saatlarında İsrailin müdafiə naziri İsrael Kats İsrail ordusunun İrana preventiv zərbə endirdiyini bəyan edib. İsrail 12-ci televiziya kanalının məlumatına görə, hücumun hədəfi İran rəhbərliyinin bütün nümayəndələridir.

Seçilən
0
publika.az

1Mənbələr