Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci tur başa çatıb.
Fanat.Az-ın məlumatına görə, son oyun günündə bir qarşılaşma reallaşıb.
"Xilasedici" "Murov Az Terminal"a 2:3 (25:19 / 25:19 / 28:30 / 23:25 / 12:15) hesabı ilə məğlub olub.
Qeyd edək ki, XV turda daha əvvəl "Ordu" "Gənclər"i 3:0, "Neftçi" "Azərreyl"i 3:2 hesabı ilə üstələyib.