AZ

Türkiyə 10 ölkəyə uçuşları dayandırdı

Türk Hava Yolları (THY) hava məkanı məhdudiyyətləri səbəbindən uçuş planlamalarında məcburi dəyişikliklər edib.

Publika.az xəbər verir ki, bu barədə THY-nin Kommunikasiya İdarəsinin rəhbəri Yəhya Üstün sosial media hesabından açıqlama yayıb.

O bildirib ki, Livan, Suriya, İraq, İran və İordaniyaya yönəlmiş reyslər 2 mart 2026-cı il tarixinədək, Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omana olan reyslər isə bu gün üçün ləğv edilib.

"Hava məkanındakı vəziyyət anba-an izlənilir və əlavə uçuşarın ləği müzakirə mövzusu ola bilər", - o əlvə edib.

Seçilən
0
publika.az

1Mənbələr