AZ

Bakıda avtomobil iki qadını vurdu

Bakıda iki qadını vuran avtomobil və sürücü məlum olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə bu gün saat 13:15-də paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində baş verib.

Cosqun Məhəmməd oğlu Cəmilov idarə etdiyi 90-UR-714 dövlət nömrə nişanlı "Toyota-Prius" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolu keçən iki piyadanı vurub. Hadisə nəticəsində xəsarət alan piyadalar - 1988-ci il təvəllüdlü Sayad Akif qızı Xalıqova və 1977-ci il təvəllüdlü Mehparə Akif qızı İbrahimova xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
9
1
yenisabah.az

2Mənbələr