AZ

“Dil”ini tapdı komandanın - Arada yağlı “kötək” istəyirlər

Hər komandanın öz «dil»i var. Baş məşqçi üçün şərt odur ki, həmin «dil»i tapsın.

Deyəsən, mən bu münasibətlə Azər Bağırovu təbrik etməli olacam.

Onun xəbərdarlığı işə yaradı və «Kəpəz» son həftələrin ən ağıllı oyununu nümayiş etdirdi.

«Sumqayıt»la Yevlaxdakı mücadilənin nəticəsini erkən qollar müəyyənləşdirdi. «Kəpəz»in ifasında demək olar hər şey alındı, hətta Luis Paçu qol da vurdu.

Çoxdandır «oruc» tutan braziliyalı hücumçu Ramazanın doqquzuncu günündə gəncəli azarkeşləri dubl hədiyyəsi ilə rahatlatdı.

Problem odur ki, «Kəpəz» hər həftə belə oynamır. Sağa-sola çox meyllənir. Bağırov bir temp tutub getmək istəyirsə, yumruğunu sərəncamındakıların başının üstündən əskik etməməlidir.

Daim barmaq silkələməli, cərimə söhbətini «menyu»da saxlamalıdır.

Qoy bilsinlər ki, udanda kökə alırlarsa, uduzanda da kötək yeyəcəklər.

Bu tayfa belədir: «ip»ini bir az boş buraxdınsa, çıxıb başında oturacaq, yığıb-yığışdıra bilməyəcəksən.

O, baş məşqçidən cəza və cərimə haqda nəsə eşitməsə, bunu dərisində hiss etməsə, özünü yığışdırmayacaq.

ELXAN

Seçilən
25
sportinfo.az

1Mənbələr