AZ

Vaşinqtonun planına “hə” dedilər – İran ətrafında geosiyasi xətt sərtləşir

Kanada və Avstraliya ABŞ-nin İrana qarşı həyata keçirdiyi əməliyyata açıq dəstək ifadə edib.

NOCOMMENT.az xəbər verir ki, Kanadanın Baş naziri Mark Karni bildirib ki, rəsmi Ottava Vaşinqtonun İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmiş addımlarını dəstəkləyir və bunu beynəlxalq sülh və təhlükəsizlik baxımından zəruri hesab edir.

“Kanada ABŞ-nin İranın nüvə silahı əldə etməsinə imkan verməmək və rejimin beynəlxalq sülhə yaratdığı təhdidlərin qarşısını almaq məqsədilə atdığı addımları dəstəkləyir”, – deyə Baş nazir vurğulayıb.

Eyni zamanda, Avstraliya hökuməti də analoji mövqe nümayiş etdirərək ABŞ-nin regionda təhlükəsizliyi təmin etməyə yönəlmiş fəaliyyətinə siyasi dəstək verdiyini açıqlayıb.

Seçilən
15
nocomment.az

1Mənbələr