AZ

İran prezidenti ölkədə qız məktəbinin vurulmasını qınadı

Bakı. Trend:

ABŞ və İsrailin İranın cənubunda yerləşən Hörmüzqan vilayətininMinab şəhərində qız məktəbinin vurması kəskin şəkildəqınanılır.

Trend-inməlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian qızməktəbinin vurulması və çoxlu sayda şagirdin ölməsi ilə əlaqədarmüraciətində bildirib.

Onun sözlərinə görə, bu hərəkəti İran öz tarixi yaddaşından heçvaxt silməyəcək.

Pezeşkian bildirib ki, bölgədə bütün əlaqədar rəsmilərə,xilasetmə mərkəzlərinə göstəriş verilib ki, hücum nəticəsindəyaralanlara yardım etmək istiqamətində bütün imkanlar səfərbərolunsun.

Qeyd edək ki, bu gün İsrail və ABŞ-nin İrana hərbi havahücumları fonunda Minab rayonunun qız məktəbində ölənlərin sayı 85nəfərə yüksəlib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

Seçilən
27
az.trend.az

1Mənbələr