Türkiyə Superliqasında 24-cü turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, "Beşiktaş" səfərdə "Kocaelispor"un qonağı olub.
Qarşılaşma qonaqların minimal hesablı qələbəsi (1:0) ilə yekunlaşıb. Sergen Yalçının rəhbərlik etdiyi "qara qartallar"a vacib 3 xalı qazandıran yeganə qolu 52-ci dəqiqədə künc zərbəsindən sonra Agbadu vurub. Bu, eyni zamanda futbolçunun İstanbul təmsilçisinin heyətində vurduğu ilk qolu olub
Cari mövsümdə ilk dəfə ardıcıl üçüncü qələbəsini qazanan "Beşiktaş" xallarını 46-ya çatdıraraq 3-cü pillə uğrunda mübarizəsini davam etdirir. "Kocaelispor" isə 30 xalda qalıb.
Qeyd edək ki, növbəti turda "Beşiktaş" doğma meydanda lider "Qalatasaray"la derbi matçına çıxacaq, "Kocaelispor" isə səfərdə "Eyüpspor"la qarşılaşacaq.