AZ

Füzuli Məmmədov: “Çətin olacaq, amma məcburuq”

“Çox çətin oyun oldu. Ciddi hazırlaşmışdıq, qalib gəlmək istəyirdik”.

İdman.Biz bildirir ki, bu sözləri “Karvan-Yevlax” klubunun baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Qəbələ” ilə oyundan sonra deyib.

Matç 1:1 hesabı ilə yekunlaşıb.

“Meydança bir az sürüşkən idi deyə, bizə çətinlik yaradırdı. Futbolçular meydanda yaxşı vuruşdular. Bizim üçün 1 xal da önəmli idi. Komandamız üçün istənilən xal vacibdir. Qalib də gələ bilərdik, uduza da bilərdik.

“Səhvləri aradan qaldırmaq üçün çox çalışırıq. Rəqibi təhlil edirik. Qarşıda matçlar var, çempionat bitməyib. Sona qədər mübarizə aparacağıq. Bilirəm ki, çətin olacaq. Amma məcburuq”, - Məmmədov əlavə edib.

İdman.Biz
Seçilən
10
idman.biz

1Mənbələr