Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi açıqlama yayıb. Bildirilib ki, sosial şəbəkələrdə Türkiyənin İrana qarşı son hücumlara dəstək verdiyi ilə bağlı iddialar tam əsassızdır və dezinformasiyadır. Qeyd olunub ki, bu mövqe ölkənin əsas xarici siyasət və təhlükəsizlik prinsiplərindəndir. Türkiyənin hava, quru və dəniz məkanları üzərində suveren hüquqları tamdır və bütün fəaliyyətlər yalnız milli təhlükəsizlik qiymətləndirmələri əsasında, səlahiyyətli qurumların nəzarəti ilə həyata keçirilir. İctimaiyyətə isə yalnız rəsmi mənbələrin açıqlamalarına istinad etmələri tövsiyə olunub.