AZ

Ağ Ev Yaxın Şərqdə ABŞ bazalarında HHM çatışmazlığı riski barədə məlumatlandırılıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ağ Ev İrana hücumdan əvvəl Yaxın Şərqdəki ABŞ bazalarında hava hücumundan müdafiə (HHM) vasitələrinin çatışmazlığı riski ilə bağlı məruzəni dinləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.

Agentlik adının açıqlanmasını istəməyən amerikalı məmura istinadən bildirir ki, İrana qarşı mümkün əməliyyatın riskləri sırasında Yaxın Şərqdə yerləşən ABŞ bazalarına cavab zərbələrinin endirilməsi ehtimalı da yer alıb. Brifinqdə qeyd olunub ki, ABŞ-ın regionda hərbi qüvvələri artırmasına baxmayaraq, İran tərəfindən həyata keçirilə biləcək genişmiqyaslı raket zərbələrinin qarşısını almaqda HHM sistemləri çətinlik çəkə bilər.

Digər bir rəsmi şəxs isə bildirib ki, ABŞ Prezidenti Donald Trump əməliyyatın yüksək risklər daşıdığı, eyni zamanda ABŞ üçün potensial olaraq böyük faydalar vəd etdiyi barədə məlumatlandırılıb. Brifinqdə Yaxın Şərqdə ABŞ maraqları naminə “nəsillərarası dönüş” ehtimalından, eləcə də amerikalılar arasında mümkün yüksək itkilərdən söz açılıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
bizimyol.info

1Mənbələr