AZ

Kir Starmer Böyük Britaniyaya məxsus təyyarələrin Yaxın Şərqdə olduğunu açıqlayıb

London, 28 fevral, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, ölkəsinə məxsus təyyarələr Yaxın Şərqdə Britaniya xalqını, maraqlarını və müttəfiqləri qorumaq məqsədilə səmadadır.

AZƏRTAC xəbər verir ki, o, televiziya ilə müraciətində deyib ki, regiondakı Britaniya hərbi bazaları və şəxsi heyət üçün təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.

Baş nazir Yaxın Şərqdə sülh və təhlükəsizliyin təmin olunmasını, eləcə də mülki əhalinin qorunmasını istədiyini vurğulayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
20
3
azertag.az

4Mənbələr