AZ

İranın raket hücumundan sonra Dubayda bir çox ərazilərdə yanğın başlayıb

İran raketləri Dubayın yaşayış məhəllələrini hədəfə alır. Atılan raketlərdən biri Dubayda (BƏƏ) süni Palma adalarına düşüb.

Far.Az xəbər verir ki, hadisə beşulduzlu "Fairmont The Palm" hotelinin girişində baş verib.

Hadisə yerində güclü yanğın başlayıb. Raket hava hücumundan müdafiə sistemi tərəfindən vurulduqdan sonra yerə düşüb.

Bundan başqa, baş verən partlayışlardan sonra bir sıra ərazilərdə dağıntılar qeydə alınıb.

İnfrastruktur obyektlərinə və mülki tikililərə ziyan dəydiyi bildirilir.

Hadisə yerində operativ xidmətlər fəaliyyət göstərir, vəziyyətlə bağlı araşdırmalar davam edir.

Seçilən
21
far.az

1Mənbələr