AZ

CİA Xəmneyi öldürülərsə, SEPAH-ın planını açıqladı - AKTUAL

ABŞ və İsrailin şənbə günü həyata keçirdiyi hücumlar ərəfəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) belə qənaətə gəlib ki, əgər əməliyyat zamanı İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei öldürülsə belə, onun yerini böyük ehtimalla İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sərt xətt tərəfdarları tutacaq.

Bu barədə kəşfiyyat məlumatları ilə tanış olan iki mənbə bildirib.

Məlumata görə, son iki həftə ərzində hazırlanmış qiymətləndirmələrdə ABŞ-ın mümkün hərbi müdaxiləsindən sonra İranda hansı ssenarilərin baş verə biləcəyi geniş şəkildə təhlil olunub. Həmçinin hərbi əməliyyatın İslam Respublikasında rejim dəyişikliyinə səbəb olub-olmayacağı araşdırılıb. Qeyd olunur ki, Vaşinqton üçün rejim dəyişikliyi hazırda açıq şəkildə elan olunan məqsədlərdən biridir.

Seçilən
13
aznews.az

1Mənbələr