Bundesliqanın 24-cü turu çərçivəsində aşağı liqa zonası uğrunda mübarizə aparan "Verder" və "Haydenhaym" üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, oyunun ilk hissəsinin ortalarında Oliver Deman qonaq komandanın qapısına yol tapsa da, referi Yovan Miloşeviçin ofsaydda olması səbəbindən qolu qeydə almayıb.
Daha sonra Miloşeviç və iki dəfə Arijon İbrahimoviç təhlükəli zərbələr endirsələr də, top ya dirəyə yaxın keçib, ya da çərçivəni tapmayıb. Fasiləyə az qalmış Romano Şmidin zərbəsi isə dirəyə dəyərək meydanı tərk edib.
İkinci hissənin əvvəlində Ştefan Şimmer əlverişli mövqedən zərbə vursa da, top qapının yanından keçib.
Nəhayət, 57-ci dəqiqədə hesab açılıb. Şmidin ötürməsindən sonra Yovan Miloşeviç baş zərbəsi ilə topu tora göndərib – 1:0.
Matçın taleyinə isə yeddinci əlavə olunmuş dəqiqədə aydınlıq gəlib. Meydan sahibləri ikinci qolu vuraraq yekun hesabı müəyyənləşdiriblər – 2:0.
Bu qələbədən sonra Bremen təmsilçisi turnir cədvəlində sondan üçüncü pilləyə yüksəlib. “Haydenhaym” isə cədvəlin sonuncu sırasında qalmaqda davam edir.