AZ

Ramazanın 11-ci günü:

Sabah Ramazan ayının 11-ci günüdür.Metbuat.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 1-də Bakıda imsak saat 05:49, iftar isə saat 18:47-dir. Ramazan ayının 11-ci gününün duası:"Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin".Tərcüməsi:

"İlahi, bu ayda məni Öz köməyin sayəsində yaxşılıq etməyi sevdir, məndə bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və Cəhənnəm odunu məndən uzaq et, ey xilas olmaq istəyənlərin Xilaskarı!"

Seçilən
23
10
metbuat.az

10Mənbələr