Sabah Ramazan ayının 11-ci günüdür.Metbuat.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 1-də Bakıda imsak saat 05:49, iftar isə saat 18:47-dir. Ramazan ayının 11-ci gününün duası:"Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin".Tərcüməsi:"İlahi, bu ayda məni Öz köməyin sayəsində yaxşılıq etməyi sevdir, məndə bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və Cəhənnəm odunu məndən uzaq et, ey xilas olmaq istəyənlərin Xilaskarı!"