AZ

İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı

15:23
İsrail ordusunun Miyanabda qızlar məktəbinə hücum nəticəsində 24 nəfər həlak olub.BUTA.TV xəbər verir ki, bu barədə məlumatı İran mediası yayıb. Yaralıların sayı barədə məlumat verilməyib. *** İranda Miyanab bölgəsində qızlar məktəbində ölən şagirdlərin sayı 40-a çatıb.Məlumatı İran mediası yayıb. Bildirilib ki, hadisə nəticəsində 48 nəfər xəsarət alıb. *** İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.Bu barədə "Tasnim" məlumat yayıb. Hadisə zamanı ölən şagirdlərin sayı 51-ə çatıb, 60 nəfər isə yaralanıb. *** İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı 57 nəfərə qalxıb.***İranda qızlar məktəbinə hücum nəticəsində ölənlərin sayı 63-ə çatıb.Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. *** İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı 70-ə çatıb, yaralıların sayı isə 90 nəfərdir.***Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olanların sayı 85 nəfərə yüksəlib.***İsrailin məktəbə hücumu zamanı 150-160 qızımız həlak olub və bu, böyük cinayətdir.Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Seçilən
12
buta.tv

1Mənbələr