Şəhərin mərkəzi hissələrindəki çoxmərtəbəli binaların qarajlarında qiymətlər həddindən artıq bahadır.
Xezerxeber.az-ın xəbərinə görə, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, həmin qarajların digərlərindən heç bir fərqi yoxdur.
Ekspert hesab edir ki, qiymət artımının əsas səbəbi şəhərin birinci zonasında təklifin az, tələbin isə çox olmasıdır.
O, bildirir ki, yüksək qiymətlərlə yanaşı, belə qarajların riskli tərəfləri də mövcuddur. Xüsusən çıxarışı olmayan dayanacaqları sonradan satmaq çətinləşir.
İcarə qiymətinə gəldikdə isə ekspert deyir ki, həmin qarajların aylığı 250-400 manat civarında dəyişir. Qeyd edək ki, şəhərdən nisbətən kənar ərazilərdə qaraj qiymətləri daha münasibdir. Nizami, Sabunçu və Suraxanı rayonlarında qaraj qiymətləri 10 min manatdan başlayır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.