ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Televiziya kanallarında bəzi tanınmış simalara qeyri-rəsmi qadağa qoyulması barədə yayılan xəbərlər müzakirələrə yol açıb. Adı həmin siyahıda keçən meyxanaçı Aqşin Fateh məsələyə münasibət bildirərək ekranlarda yaşanan gərginliklərin pərdəarxası məqamlarına toxunub. O, bir çox qalmaqallı anların əslində əvvəlcədən hazırlanan planın tərkib hissəsi olduğunu qeyd edib.Demokrat.az xəbər verir ki, meyxanaçı həmkarının uğursuzluğuna və ya qadağasına sevinən sənətçiləri tənqid edərək bu yanaşmanın düzgün olmadığını vurğulayıb. Onun sözlərinə görə, efirdə baş verən bir çox hadisələr izləyicilərin təsəvvür etdiyindən fərqlidir. Aqşin Fateh bildirib ki, bəzən ifaçıların və aparıcıların həddi aşmasında əsas səbəbkar elə qurulan ssenarilərdir.Sənətçi televiziyadakı prosesləri belə izah edib:"Bəzi müğənnilər başqalarının efir qadağasına görə sevinirlər. Bu, yaxşı niyyət deyil. Hamı evinə, balasına çörək aparır. Düzdür, bəzi verilişlərdə aparıcılar, müğənnilər hədlərini aşırlar. Amma günah onlarda deyil. Sizin efir arxasında baş verənlərdən xəbəriniz yoxdur. Müğənni niyə çağrılır, hansı sual verilir - hamısı ssenaridir. Onlar plan qurur hansı müğənniyə hansı sualı verək, qıcıqlandıraq, əsəbləşsin danışsın. Hansı müğənnini qarşı-qarşıya qoyaq. Efirdə olanı görürsünüz, amma arxa siyahını görmürsünüz".Xatırladaq ki, Aqşin Fatehin özü də fəaliyyəti dövründə müxtəlif televiziya proqramlarında səs-küylü mübahisələrlə diqqət mərkəzinə düşüb. Görünür, meyxanaçı bu açıqlaması ilə həm də özünün keçmişdə yaşadığı gərginliklərin bir qisminin ssenari olduğunu eyham vurur.Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.