AZ

İƏT Baş Katibliyi İranın qonşu ölkələrə qarşı hərəkətlərini pislədi

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı Baş Katibliyi İranın SəudiyyəƏrəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt vəİordaniyanın suverenliyinə və ərazilərinə qarşı hərəkətləriniqətiyyətlə pisləyib.

Trend xəbər verirki, Baş Katiblik bu hərəkətləri regional sabitliyə və sülhə təhdidyaradan qəbuledilməz eskalasiya adlandırıb.

Bəyanatda vurğulanıb ki, yuxarıda adı çəkilən ölkələrinsuverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaqda onlarlatam həmrəylik saxlanılır və beynəlxalq hüququn davamlı şəkildəpozulmasının təhlükəli presedent yaratdığı, mehriban qonşuluq,qarşılıqlı hörmət və daxili işlərə müdaxilə etməməyə əsaslananbeynəlxalq münasibətlərin təməllərini sarsıtdığı qeyd olunub.

Baş Katiblik bütün regionun təhlükəsizliyi və sabitliyiniqorumaq məqsədilə eskalasiya hərəkətlərinə dərhal son qoyulması,təmkin nümayiş etdirilməsi və danışıqlar masasına qayıtmaqçağırışını bir daha təkrarlayıb.

İƏT
Seçilən
22
az.trend.az

1Mənbələr