AZ

Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə olunub - YENİLƏNİB

“Çox sağ olsun dövlətimiz bizi təxliyə etdi. Təbrizdə idim iş dalınca getmişdim. Yolda hər hansı bir təhlükə ilə qarşılaşmadıq. Amma atəş səsləri gəlirdi”.

APA-nın cənub bürosunun məlumatına görə, bunu İrandan təxliyə edilən Azərbaycan vətəndaşı Rafael Əliyev deyib.

Qeyd edək ki, bu saata kimi İrandan ümumilikdə 7 nəfər təxliyə edilib.

***

21:07

İrandan iki Azərbaycan vətəndaşı təxliyə olunub.

APA-nın cənub bürosunun məlumatına görə, iki nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhədindən keçidi təmin olunub.

Qeyd edək ki, XİN İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.

Yeddi Yeddi Yeddi Yeddi Yeddi Yeddi
Seçilən
15
1
apa.az

3Mənbələr