"Liverpul"un baş məşqçisi Arne Slot Premyer Liqanın 28-ci turunda "Vest Hem"lə qarşılaşma haqqında danışıb.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" mütəxəssisin dediklərini belə çatdırıb.
"Əsas odur ki, üç qol standart vəziyyətlərdən vuruldu. Hakponun qolunu da standartın davamı kimi qiymətləndirmək olar. Hesab etmirəm ki, oyunumuz ilk yarıda bu hesabla öndə olmalı idi. Digər oyunlarda standartlardan qol vurmaq üçün uzun müddət çalışmışdıq, amma nəticə bu gün özünü göstərdi. Şanslarımız var idi və hər şey qaydasına düşdü."
Qeyd edək ki, oyun 5-2 hesabı ilə Mersisayd təmsilçisinin qələbəsi ilə başa çatıb.Turnir cədvəlində “Liverpul” 48 xalla 5-ci, “Vest Hem” isə 25 xalla 18-ci sıradadır.