AZ

Xameneinin yeri AÇIQLANDI

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın Ali Lideri Əli Xameneinin öldürüldüyü barədə məlumatlar təkzib olunub.Modern.az xəbər verir ki, bu barədə Livanın "Əl Mayadeen" televiziya kanalının məlumatında bildirilib.

Telekanalın məlumatına görə, Xamenei "2025-ci ilin yay müharibəsində olduğu kimi, böhran qərargahındadır və hərbi əməliyyatlara şəxsən rəhbərlik edir".İranın "Tasnim" xəbər agentliyinin məlumatında da Əli Xameneinin əməliyyat qərargahında olduğunu bildirilib.

Xəbərlərə görə, Xamenei "12 günlük müharibə" zamanı olduğu kimi, hərbi əməliyyatlara komandanlıq etməklə məşğuldur.

Xatırladaq ki, ABŞ və İsrail bu səhər İran ərazisinə hücum edərək dağıntılara və insan tələfatına səbəb olublar.

Cavab olaraq, İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
modern.az

2Mənbələr