AZ

"O, döyüşçü xarakterli oyunçudur"

style='margin-bottom:10px;'>

Ueston Makkenni 2020-ci ildə Almaniya klubundan "Yuventus"a transfer olunsa da, Turində özünü təsdiq etməkdə çətinlik çəkirdi. ABŞ millisinin üzvü İtaliyadakı karyerası ərzində əsas heyətə düşmək üçün mübarizə aparıb, 2023-cü ildə isə "Lids"də uğursuz icarə dövrü keçirib. Lakin İtaliyaya qayıtdıqdan sonra o, karyerasını yenidən canlandırmağı bacarıb.

QOL.az xəbər verir ki, "TuttoJuve" nəşrinin yaydığı məlumata görə, 27 yaşlı futbolçu universal keyfiyyətləri ilə diqqət çəkir. Müdafiənin cinahlarında oynamasına baxmayaraq son vaxtlar doqquz nömrə mövqeyində özünü tapıb. Yonatan Davidin yoxluğunda komandaya böyük fayda verən Makkenni cari mövsüm A Seriyasında artıq 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

ABŞ millisinin sabiq baş məşqçisi Qreq Berhalter Makkenninin "Yuventus"la yeni və daha gəlirli müqavilə imzalayacağı barədə xəbərlərə münasibət bildirib: 

"Bu, məni heç də təəccübləndirmir. Ueston çətinlikləri dəf etməyi bacaran döyüşçü xarakterli oyunçudur. O, son illərdə daha da yetkinləşib və fərqli mövqelərdə komandaya təsir etmək gücündədir".

Qeyd edək ki, "Yuventus" üçün mövsüm olduqca çətin keçir. Turin təmsilçisi Çempionlar Liqasından "Qalatasaray" tərəfindən kənarlaşdırıldıqdan sonra indi diqqətini daxili çempionata yönəldib. Hazırda A Seriyasında 6-cı pillədə qərarlaşan "qoca sinyora" dördüncü yerdəki "Roma"dan 4 xal geri qalır. Komanda bazar günü Gian Pyero Qasperinin rəhbərlik etdiyi "Roma" ilə qarşılaşaraq fərqi azaltmağa çalışacaq.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr