AZ

İran prezidenti məktəbə hava zərbəsinə münasibət bildirib

Bakı, 28 fevral, AZƏRTAC

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Minab rayonunda yerləşən “Şəcərəyi-Təyyibə” məktəbinə endirilən raket zərbəsinə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı İran xalqının bu hadisədən dərindən kədərləndiyini bildirib.

İran prezidenti bütün xilasetmə, tibbi və aidiyyəti qurumlara zərərçəkmiş ailələrini hərtərəfli qayğı ilə əhatə etməyi tapşırıb. Dövlət başçısı yaralılara şəfa, onların ailələrinə isə səbir və dözüm diləyib.

Seçilən
14
azertag.az

1Mənbələr