AZ

İrana olan hücumlarda ölənlərin sayı açıqlandı

ABŞ və İsrailin İrana hücumları nəticəsində azı 200 nəfər həyatını itirib.
ONN media xəbər verir ki, bu barədə “Mehr” agentliyi İranın Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.
Bildirilib ki, indiyədək 747 nəfər xəsarət alıb, 201 nəfər isə həlak olub.
Bundan əlavə, İranın 31 əyalətindən 24-ü hücuma məruz qalıb.
Qeyd edək ki, bu gün səhər saatlarından İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran cavab tədbirləri olaraq qonşu ölkələrdəki ABŞ bazalarını hədəf alır
Seçilən
82
onn.az

1Mənbələr