AZ

Azərbaycanın Xarici İşlər Nazirliyi regional hərbi eskalasiyaya dair bəyanat yayıb

Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin regional hərbi eskalasiyaya dair bəyanatında bildirilib.

“Qəti şəkildə, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq”, - deyə bəyanatda qeyd olunub.

Seçilən
14
23
yeniazerbaycan.com

10Mənbələr