Bakı, 28 fevral, Cavid Əliyev, AZƏRTAC
Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Qəbələ" "Karvan Yevlax"ı qəbul edib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Ev sahibləri 16 xalla 10-cu, qonaqlar isə 7 xalla sonuncu - 12-ci yerdədir.
"Şamaxı" və "Neftçi" arasında reallaşan günün ilk qarşılaşması da bərabərliklə başa çatıb - 2:2.
Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" isə "Araz-Naxçıvan"ı (1:0) üstələyib.