AZ

"Bavariya" ev sahibinə qalib gəldi

Almaniya çempionatının 24-cü turunda "Borussiya Dortmund" çempion "Bavariya"nı qəbul edib.

"Unikal" xəbər verir ki, matç qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb. 

Münhen komandasının heyətində ingilis hücumçu Harri Keyn dubl edib. Qələbə qolunu alman yarımmüdafiəçisi Coşua Kimmix vurub.

Ev sahiblərindən isə Niko Şlotterbek və Daniel Svensson fərqləniblər.

"Bavariya" 63 xalla turnir cədvəlinə başçılıq edir, "Borussiya" isə 52 xalla ikinci yerdədir.

Ağarza Elçinoğlu 

Seçilən
26
unikal.az

1Mənbələr