
İranda bütün ali təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırılıb.
Ölkənin Elm Nazirliyi ABŞ və İsrailin hücumları fonunda universitetlərin ikinci rəsmi açıqlamaya qədər bağlanacağını bildirib.
Qeyd olunub ki, yataqxanalarda qalan tələbələr rektorluqların dəstəyi ilə yaşadıqları şəhərlərə yola salınır. Tədrisin hansı formatda davam etdiriləcəyi ilə bağlı qərar yaxın günlərdə açıqlanacaq. \\Metbuat.Az