ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
"Bu kampaniyanı istədiyim qədər uzatmaq və ya bir neçə gün ərzində bitirmək qərarına gələ bilərəm".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O, İslam Respublikası öz imkanlarını bərpa etməyə çalışarsa, yenidən hücum edəcəyi barədə xəbərdarlıq edib. Tramp həmçinin vurğulayıb ki, İran hökumətinə hücumun vurduğu ziyanı aradan qaldırması üçün bir neçə il lazım olacaq.
ABŞ prezidenti həmçinin İslam Respublikasını nüvə razılaşmasından geri çəkilməkdə günahlandırıb: "Mən başa düşdüm ki, Tehran əslində razılaşma axtarmır".
Ağarza Elçinoğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.