AZ

Tramp Böyük Britaniya, Küveyt və Türkiyə liderləri ilə danışıqlar aparıb

Tramp Böyük Britaniya, Küveyt və Türkiyə liderləri ilə danışıqlar aparıb

ABŞ administrasiyasının rəhbəri Donald Tramp ABŞ və İsrailin İrana endirdiyi hərbi zərbələrdən sonra Böyük Britaniya, Küveyt və Türkiyə liderləri ilə telefon danışığı aparıb.

AFN.az xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat katibi Karolin Livitt özünün "X" sosial şəbəkə hesabında paylaşıb. Livittin sözlərinə görə, Ağ Ev sahibi Böyük Britaniya, Küveyt və Türkiyə liderləri ilə söhbət edib.

Qeyd edək ki, fevralın 28-də prezident Tramp həmçinin Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ liderləri və NATO-nun Baş katibi Mark Rütte ilə də danışıqlar aparıb.

Bu diplomatik təmaslar ABŞ və İsrailin İrana qarşı başlatdığı "Epic Fury" adlı genişmiqyaslı hərbi əməliyyat fonunda baş tutur. 

Seçilən
49
31
afn.az

10Mənbələr