AZ

Mahir oynadı, komandası uduzdu

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mahir oynadı, komandası uduzdu

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Kayzerslautern" Almaniya 2-ci Bundesliqasında 24-cü tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda evdə "Paderborn"u qəbul edib. Görüşdə qonaqlar 2:1 hesablı qələbə qazanıblar. 

Mahir Emreli matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 46-cı dəqiqədə Leon Robinsonu əvəzləyərək meydana daxil olub.

Hazırda "Kayzerslautern" turnir cədvəlində 37 xalla 6-cıdır.

"Kayzerslautern" - "Paderborn" - 1:2

Qollar: Redondo, 90+8 - Brakelmann, 45+7, Bilbiya, 90+5-pen.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
qol.az

2Mənbələr