AZ

Bakıda evlər bahalaşacaq

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Proses uzanarsa və İrandan Türkiyə və Azərbaycana miqrasiya dalğası başlarsa, vəziyyət dəyişəcək. Qaçqın axını baş verdiyi halda kirayə mənzil bazarında ilkin zamanda 15–20% artım olacağını ehtimal edirəm. Əsasən 1-2 otaqlı mənzillərə tələb daha sürətli yüksələcək. Böyük şəhərlərdə qiymət artımı daha yüksək olacaq".

Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc ABŞ və İsrailin İrana endirdiyi zərbələrin daşınmaz əmlak bazarına təsiri barədə danışarkən deyib.O bildirib ki, daşınmaz əmlak bazarı hər zaman geosiyasi proseslərə reaksiya verən sektordur. Regionda hərbi eskalasiya ehtimalı artdıqca iqtisadi bazarlar da risk rejiminə keçir.

"Müharibənin qısamüddətli olacağı təqdirdə bazarda əsasən psixoloji gözləmə mövqeyi formalaşacaq. Lakin proses uzanarsa və İrandan Türkiyə və Azərbaycana miqrasiya dalğası başlarsa, vəziyyət dəyişəcək.

Qaçqın axını baş verdiyi halda kirayə mənzil bazarında ilkin zamanda 15–20% artım olacağını ehtimal edirəm. Əsasən 1-2 otaqlı mənzillərə tələb daha sürətli yüksələcək. Böyük şəhərlərdə qiymət artımı daha yüksək olacaq.

Qısamüddətdə ilk günlər alqı-satqı zəifləyə bilər. Amma qeyri-müəyyənlik artdıqca daşınmaz əmlak yenidən “təhlükəsiz liman”a çevrilir. Bu isə selektiv, yəni seçmə bahalaşma yarada bilər.

Xarici vətəndaşların torpaq ala bilməməsi səbəbindən bu seqmentə təsir dolayı olacaq. Artım mümkündür, lakin mənzil bazarı qədər kəskin deyil.

Qeyri-yaşayış obyektlərinə tələbat miqrasiya axınının tərkibindən asılı olacaq. Hesab edirəm ki, ailə miqrasiyası üstünlük təşkil edəcək və yaşayış sektoru önə çıxacaq, amma kapital axını da baş verdiyi təqdirdə kiçik ticarət və logistika sahələrində canlanma qaçılmazdır.

Riskli olan regionda uzunmüddətli qeyri-sabitlikdir. Enerji qiymətlərinin artımı fonunda makroiqtisadi üstünlük və əmlakın inflyasiyadan qoruyucu alətə çevrilməsi amili daha da güclənəcək".Ekspert yekun olaraq bildirib ki, münaqişənin müddəti və miqyası proseslərdə həlledici rol oynayacaq. Onun sözlərinə görə qısa eskalasiya bazarı silkələmək gücünə malik olsa da, uzunmüddətli müharibə ciddi dəyişikliklərə səbəb olacaq.Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.İslam

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
demokrat.az

2Mənbələr