AZ

Təl Əvivdə raket zərbəsi: 1 ölü, 20 yaralı

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın endirdiyi zərbələr nəticəsində İsrailin paytaxtı Təl-Əvivdə 40 yaşlı qadın həyatını itirib, 20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Modern.az xəbər verir ki, hadisə ilə bağlı xəbəri yerli 12-ci televiziya kanalı təcili tibbi yardım xidmətinə istinadən yayıb.

Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Üç nəfərin xəsarəti orta ağır qiymətləndirilir, 16 nəfər isə yüngül xəsarət alıb.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayaraq ölkənin müxtəlif şəhərlərinə hava zərbələri endirib. İran tərəfi isə cavab olaraq İsrail ərazisinə raket hücumları həyata keçirib. Bundan başqa, İran qüvvələrinin ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən 14 hərbi bazasını hədəfə aldığı bildirilir. Yaxın Şərqdə artan gərginlik fonunda bəzi region ölkələri hava məkanını müvəqqəti bağlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
modern.az

1Mənbələr