BAKI, 1 mart. TELEQRAF
İranın ali rəhbəri ayətullah Əli Xameneinin rəsmi "X" sosial şəbəkəsində ABŞ və İsrailin İrana hücumlarından sonra ilk paylaşım edilib.
Teleqraf xəbər verir ki, paylaşımda fars dilində “Nami Heydərə salam olsun” ifadəsi qeyd olunub
Paylaşımda həmçinin göydən düşən qızılı qılıncları göstərən fotoşəkil də yer alıb.
Qeyd olunur ki, Heydər İmam Əli ibn Əbu Talibin adlarından biridir.