Bakı. Trend:
Braziliyada şiddətli yağışların yaratdığı daşqınlar nəticəsindəölənlərin sayı 68-ə çatıb.
Trend xəbər verirki, bu barədə Minas Gerais Dövlət Yanğından Mühafizə Xidmətiməlumat yayıb.
Məlumata görə, Juiz de Fora şəhərində 62, Uba şəhərində isə altınəfər ölüb. İtkin düşmüş beş nəfərin axtarışı davam edir.
Milli Fəlakətlərin Monitorinqi və Qarşısının Alınması Mərkəzi(Cemaden) yağışların davam etməsi və daha çox daşqın və qəfildaşqınlar riski barədə xəbərdarlıq edib.
Ştat və federal hakimiyyət orqanları zərər çəkmiş ərazilərəmülki müdafiə qüvvələri, təhlükəsizlik işçiləri və tibb işçilərigöndəriblər.