AZ

İşəgötürmədə YENİ ÜSUL HR ların səlahiyyəti məhdudlaşdırıla bilər

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müasir dövrdə işə qəbul adi prosesdən çox, cəmiyyət arasında geniş müzakirə edilən həssas mövzulardan birinə çevrilib. Qohumbazlıq, tanışlıq və şəxsi əlaqələrin işə qəbul qərarlarına təsiri danılmazdır. Bu isə gələcəyə böyük ümidləri olan gənclərin motivasiyasını azaldır, bacarıqlı insanların kənarda qalmasına səbəb olur. Bu azmış kimi digər vicdanla çalışan insan qaynaqları əməkdaşlarına da ümumi etimadı zəiflədir.Buna görə də texnologiyanın ən son nailiyyətlərindən olan süni intellektin işə qəbul prosesinə nəzarətini alternativ kimi irəli sürürlər. Məqsəd qəbul prosesində subyektiv yanaşmanı minimuma endirmək, seçimləri daha ədalətli etməkdir.Amma yenə də təzad yaranır: süni intellekt həqiqətən ədaləti təmin edə bilərmi, yoxsa biz sadəcə qərar verəni dəyişdiririk?HR-ların (Human Resources) Süni İntellektlə əvəzlənməsi təklifi bir müddətdir gündəmdədir. Belə hesab edilir ki, müasir dövrdə ən yaxşı həll məhz Süni İntellektin köməyidir.  Məsələylə əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Bizim.Media-ya bildirib ki, subyektivliyin, şəxsi münasibətlərin təsirinin azalması baxımından üstünlüyü var, amma mənfi tərəfləri də az deyil. “Süni intellekt də mövcud məlumatlara əsaslanır. Əgər keçmiş məlumatlarda ayrı-seçkilik olubsa, sistem bunu təkrarlaya bilər. Yaxud kimsə gözəl CV tərtib edə bilər, ancaq bacarıqları o qədər də yüksək olmaz. Amma təcrübə və biliyi yaxşı olub CV-si zəif olanlar kənarda qala bilər. Ola bilsin ki, xarici ölkələrdə belə eksperimentlər olsun. Hər halda Azərbaycanda yaxın illərdə HR-ların texnologiya ilə əvəzlənməsi gözlənilmir”.Mütəxəsisilər bildirirlər ki, HR yalnız CV seçmir, komanda uyğunluğu, motivasiya kimi faktorları da qiymətləndirir. Bunları tam avtomatlaşdırmaq çətindir. Ona görə də ən effektiv model hibrid modeldir, yəni Süni İntellekt seçir, HR qiymətləndirir.Şəfiqə Şəfa, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
bizim.media

2Mənbələr